Bank Of Baku

«Bank VTB Azerbaijan» son bir ildə zərərini xeyli azaldıb

«Bank VTB Azerbaijan» son bir ildə zərərini xeyli azaldıb
# 15 avqust 2012 13:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan «Bank VTB Azerbaijan» ASC 2012-ci ilin yanvar-iyun aylarını 59,240 min manat zərərlə başa vurub ki, bu da 2011-ci ilin müvafiq dövründə əldə olunmuş zərərdən 29 dəfə azdır.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 56% artaraq 3,393 mln. manat, o cümlədən faiz gəlirləri 53% artaraq 3,072 mln. manat, qeyri-faiz gəlirləri isə 2 dəfə artaraq 321 min manat olub. Bununla yanaşı, ötən 12 ayda bankın ümumi xərcləri 12% azalaraq 3,452 mln. manat, o cümlədən faiz xərcləri 2,3 dəfə artaraq 944 min manat, qeyri-faiz xərcləri isə 29% azalaraq 2,507 mln. manata çatıb.

Təhlil aparılan il ərzində bankın faiz mənfəəti 34% artaraq 2,128 mln. manat, qeyri-faiz zərəri isə 35% azalaraq 2,186 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martında verilib. Bankın səhmdarları rolunda «VTB Bank» ASC (51%), «AtaHolding» Şirkətlər Qrupu (48,99%) və yerli fiziki şəxslər (0,01%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR