Dünya Bankının Azərbaycanda yeni meneceri təyin olunub
16 avqust 2012 09:41 (UTC +04:00)
İlk dəfə olaraq bu vəzifəni qadın icra edəcək.
DB-nın Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə bundan öncə DB-nın Cənubi Qafqaz üzrə proqramın koordinatoru vəzifəsində çalışan Larisa Lesçenko təyin olunub: «Ukrayna vətəndaşı olan Lesçenkonun vəzifənin icrasına sentyabrın 1-dən etibarən başlayır. Lakin o, Azərbaycana oktyabr ayında gələcək və həmin ay yeni menecer Azərbaycan hökumətinə rəsmən təqdim olunacaq».
Qeyd edək ki, bundan öncə bu vəzifədə Cozef Ouen çalışıb və artıq cari ilin iyulun sonunda onun səlahiyyət müddəti bitib. Üç il bu vəzifədə çalışan C.Ouen fəaliyyətini DB-nin Vaşinqtonda yerləşən baş ofisində davam etdirir. «DB-nın siyasətinə görə, bu vəzifəyə 3 il müddətinə təyinat olur və bu müddət başa çatdıqdan sonra həmin şəxsin səlahiyyət müddəti daha 1 il artırıla bilər. C.Ouendən öncə bu vəzifədə çalışan Qreqori Yedjeyçak məhz 4 il Azərbaycanda fəaliyyət göstərib.

Maliyyə
Bu il büdcəyə gömrük xətti ilə 2 mlrd. manata yaxın vəsait daxil olub
16:58
24 may 2024
ABB Naxçıvan filialını yeniləyib
16:11
24 may 2024
İşsizlikdən sığorta fondunda sığorta haqları üzrə artım investisiyaya yönəldiləcək
14:36
24 may 2024
İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinə dəyişikliklərin səbəbi məlum olub
14:01
24 may 2024