Bank Of Baku

Beynəlxalq Maliyyə Korporasiyasına yeni rəhbər təyin olunub

Beynəlxalq Maliyyə Korporasiyasına yeni rəhbər təyin olunub
# 16 avqust 2012 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı Qrupuna (WBG) daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri dəyişib.

IFC-nin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Korporasiyanın icraçı vitse-prezident vəzifəsinə Çin vətəndaşı olan Cin-Yonq Kay (Jin-Yong Cai) təyin olunub. O, 2006-cı ilin yanvar ayından bu vəzifədə çalışan Lars Taneli (Lars Thunell) əvəz edəcək. Belə ki, L.Tanel öz istəyi ilə istefa verib.

C.Y.Kai vəzifəsinin icrasına bu il oktyabrın 1-dən başlayacaq.

Qeyd edək ki, bundan öncə C.Y.Kai «Goldman Sachs Group» kommersiya bankında çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR