Bank Of Baku

Azərbaycanda bank depozitləri azalıb

Azərbaycanda bank depozitləri azalıb
# 16 avqust 2012 12:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2012-ci il iyulun 1-nə 9 704,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 577,5 mln. manat və ya 19,4% artıb. Eyni zamanda, iyun ayında depozitlərin həcmi 180,2 mln. manat və ya 1,8% azalıb.

Depozitlərin tərkibində 4 372,6 mln. manat və ya 45,1% ev təsərrüfatlarının əmanətlərinin payına düşüb. Əmanətlərin həcmi son bir ildə 921,2 mln. manat və ya 26,7%, o cümlədən iyunda 30,9 mln. manat və ya 0,7% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi iyulun 1-nə 5 331,7 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 656,4 mln. manat və ya 15,0% artıb. Eyni zamanda, iyun ayında 211,1 mln. manat və ya 3,8% azalma baş verib.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 2 507,1 mln. manat və ya 47,0% maliyyə təşkilatlarının depozitləri, 2 824,6 mln. manat və ya 53,0% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.

Göründüyü kimi, depozitlərin azalması əmanətlər deyil, hüquqi şəxslərin depozitlərinin azalması hesabına baş verib. Qeyd edək ki, hüquqi şəxslərin depozitləri dəyişən göstəricidir və onun dinamikası əksər hallarda subyektiv amillərdən, o cümlədən hüquqi şəxslərin cari ödənişlərindən asılı olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR