Bank Of Baku

«Bank of Baku» Ramazan bayramı ilə əlaqədar «Bolkart» istifadəçiləri yeni kampaniya keçirir

«Bank of Baku» Ramazan bayramı ilə əlaqədar «Bolkart» istifadəçiləri yeni kampaniya keçirir
# 16 avqust 2012 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Ramazan bayramı ilə əlaqədar «Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyasına start verir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, avqust ayının 17-dən 21-dək pul çıxaran kart sahibləri oktyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırma üzrə komissiya haqqı 2,5% təşkil edir.
«Bolkart» tamamilə pulsuz, bərpa olunan limitli bir kredit kartıdır. Bolkartdan «Bank of Baku» ilə tərəfdaş olan 300-ə yaxın tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. «Bolkart»ı həm on-line rejimdə - http://www.bolkart.az, həm də «Bank of Baku»nun filiallarına baş çəkməklə sifariş etmək olar.
Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR