Bank Of Baku

«Günaybank»ın mənfəəti kəskin artıb

«Günaybank»ın mənfəəti kəskin artıb
# 16 avqust 2012 14:16 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günaybank» ASC-nin aktivlərinin həcmi 2012-ci il iyulun 1-nə 42,109 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin birinci yarısının yekun göstəriciləri ilə müqayisədə 14% çoxdur.

Bankın baş mühasibi Vüqar Mirheydərovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21% artaraq 35,828 mln. manat, depozit portfeli 46% artaraq 12,295 mln. manat olub.

Təhlil aparılan dövr ərzində bankın məcmu kapitalı 10% artaraq 14,105 mln. manata çatıb, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,024 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 4,8% azalaraq 3,040 mln. manat, xərcləri isə 49% artaraq 1,093 mln. manat təşkil edib. Nəticədə, bu ilin birinci yarısında bankın əldə etdiyi mənfəətin həcmi 1,946 mln. manat olub ki, bu da ödə ötən ilin müvafiq dövrünün mənfəətindən 2,8 dəfə çoxdur.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 1 filialı, 1 bankomatı 1 POS-terminalı və 33 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR