Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» Ramazan bayramında işləyəcək

«Azərbaycan Sənaye Bankı» Ramazan bayramında işləyəcək
# 16 avqust 2012 15:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Azərbaycan Sənaye Bankı» ASC Ramazan bayramı günlərində də fəaliyyət göstərəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, belə ki, «Park Bulvar» filialı saat 10:00-dan axşam 22:00-a kimi, «Xətai» şöbəsi saat 09:00-dan 22:00-dək fasiləsiz iş rejimində xidmət göstərəcək.

Filiallar fiziki və hüquqi şəxslərin hesablarının açılması, hesablaşma-kassa xidmətlərinin göstərilməsi, pul köçürmələri, depozitlərin (əmanətlərin) qəbul edilməsi, valyuta mübadilə əməliyyatlarının aparılması, rabitə və kommunal ödənişlərin qəbulu, POS-terminal xidmətləri, ATM xidmətləri göstərir.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə fəaliyyətə başlayıb. Bu ilin iyulun 31-nə bankın aktivləri 171,754 mln. manat, depozit portfeli 99,356 mln. manat, kredit portfeli 136,006 mln. manat, nizamnamə kapitalı 28 mln. manat təşkil edir. Bankın 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 25 994, müştərilərinin sayı isə 46 026 təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR