Bank Of Baku

«Bank Respublika»nın mənfəəti azalıb

«Bank Respublika»nın mənfəəti azalıb
# 17 avqust 2012 10:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin 2012-ci ilin yanvar-iyun aylarında əldə etdiyi mənfəətin həcmi 6,109 mln. manat təşkil edib ki, bu da ötən ilin birinci yarısının analoji göstəricisindən 6,9% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 30% artaraq 22,141 mln. manat, o cümlədən faiz gəlirləri 25% azalaraq 15,166 mln. manat, qeyri-faiz gəlirləri 42% artaraq 6,975 mln. manata çatıb.

Həmçinin, qeyd olunan dövrdə bankın ümumi xərcləri 53% artaraq 16,032 mln. manat, o cümlədən faiz xərcləri 49% azalaraq 2,402 mln. manat, qeyri-faiz xərcləri isə 27,4% azalaraq 6,535 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 24% azalaraq 5,669 mln. manat, qeyri-faiz zərəri isə 49% azalaraq 5,669 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» təşkilatına məxsusdur. Cari ilin iyulun 1-nə bankın 33 filialı, 47 bankomatı, 715 POS-terminalı və 554 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR