Bank Of Baku

Azərbaycanda icbari avtomobil sığortası üzrə yığımların həcmi kəskin artır

Azərbaycanda icbari avtomobil sığortası üzrə yığımların həcmi kəskin artır
# 18 avqust 2012 09:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü avtomobil sığortası üzrə ümumilikdə 31,701 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 32% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə avto-qəza hadisələrinə (könüllü sığorta növləri üzrə) görə verilən ödənişlərin həcmi 31% artaraq 12,467 mln. manata çatıb.

Bundan başqa, cari ilin yanvar-iyul aylarında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə daxilolmaların həcmi 41,095 mln. manat olub ki, bu da analoji növ üzrə ötən ilin müvafiq göstəricisindən 15,3 dəfə çox olub. Son bir il ərzində isə icbari avtomobil sığorta üzrə ödənişlər 3 dəfə artaraq 1,729 mln. manat təşkil edib.

Qeyd edək ki, könüllü avtomobil sığortası üzrə toplanan yığımların bazar üzrə məcmu sığorta haqlarında xüsusi çəkisi 16%, icbari avtomobil sığortası növünün payı isə 20% təşkil edib. Onu da qeyd edək ki, əvvəlki illərlə müqayisədə icbari avtomobil sığortası növünün məcmu sığorta haqlarındakı payının artmasına səbəb «İcbari sığortalar haqqında» qanun qəbul edilməsi və habelə bu qanunda avtomobillərin mühərrikin həcminə görə sığorta tariflərinin kəskin artımı olub.

Aparılan araşdırmadan məlum olub ki, bazarda avtomobil sığortası üzrə ən çox yığımı «AXA MBASK», «Atəşgah sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2011-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 201,509 mln. manat ödənişlərin həcmi isə 49,469 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR