Bank Of Baku

«Muğanbank» mənfəətini kəskin artırıb

«Muğanbank» mənfəətini kəskin artırıb
# 21 avqust 2012 08:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğanbank» ASC-nin 2012-ci ilin yanvar-iyun aylarında əldə etdiyi mənfəətin həcmi 4,884 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün mənfəətindən 81% çox olub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 27% artaraq 19,010 mln. manat, o cümlədən faiz gəlirləri 20% artaraq 12,872 mln. manat, qeyri-faiz gəlirləri 41% artaraq 6,138 mln. manata çatıb. Bu dövr ərzində bankın xərcləri 15% artaraq 14,126 mln. manat, o cümlədən faiz xərcləri 5,45% artaraq 5,756 mln. manat, qeyri-faiz xərcləri isə 29% artaraq 6,635 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın faiz mənfəəti 37% artaraq 7,116 mln. manat, qeyri-faiz zərəri isə 38% azalaraq 4,97 min manat olub.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR