Bank Of Baku

Azərbaycanın əsas kapitalına yönəldilən xarici investisiyaların həcmi artıb

Azərbaycanın əsas kapitalına yönəldilən xarici investisiyaların həcmi artıb
# 22 avqust 2012 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 1 513,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilmiş xarici sərmayənin həcmi 5,4% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 399,0 mln. manatı və 92,4%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR