Bank Of Baku

Azərbaycanda qorunan bank əmanətlərinin həcmi 2,776 mlrd. manata çatıb

Azərbaycanda qorunan bank əmanətlərinin həcmi 2,776 mlrd. manata çatıb
# 22 avqust 2012 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) 43 iştirakçı bankdan bu ilin II rübündə topladığı təqvim haqlarının həcmi 1,871 mln. manat, 1,641 mln. ABŞ dolları və 177 min avro təşkil edib. Fondan «APA-Economics»ə verilən məlumata görə, fondun sığorta ehtiyatları 48,3 mln. manat təşkil edib.

Bununla yanaşı, fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 4 319 mln. manat, qorunmayan əmanətlər 1 543 mln. manat, qorunan əmanətlər isə 2 776 mln. manat təşkil edib. Qorunan əmanət hesablarının sayı 6 125 039-dur.

Qeyd edək ki, 2010-cu il iyunun 1-dən üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər ƏSF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum məbləği 30 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR