Bank Of Baku

Azərbaycan əhalisinin gəlirləri son bir ildə 14% artıb

Azərbaycan əhalisinin gəlirləri son bir ildə 14% artıb
# 23 avqust 2012 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9% artaraq 18,2 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi isə 12,3% artaraq 1 992,8 manat və ya ayda orta hesabla 284,7 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 10,3 faiz bəndi üstələyib.

«Gəlirlərin 63,2%-i son istehlaka, 8,8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 26,2%-i isə yığıma yönəldilib», - deyə Komitədən bildirilib.

Əhalinin sərəncamında qalan gəlir 16,6 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 14,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR