Bank Of Baku

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ehtiyatları bu il 50 mln. manata çatacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ehtiyatları bu il 50 mln. manata çatacaq
# 27 avqust 2012 08:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sonuna kimi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatlarının 50 mln. manata çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Fondun sədri Azad Cavadov bildirib.

A.Cavadovun sözlərinə görə, «Royal Bank» ASC üzrə sığorta hadisəsi baş verdikdən əvvəl Fondun sığorta ehtiyatları 48 mln. manat təşkil edib. «Royal Bank» üzrə sığorta ödənişləri həyata keçirdikdən sonra isə 34 mln. manata enəcək. Lakin iki aydan sonra bu vəsaitlər bankın ləğvedicisindən geri alınacaq.

A.Cavadov bildirib ki, Fond hər rüb üzv banklardan təxminən 3,5 mln. manat həcmində üzvlük haqları tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR