Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi azalıb

Azərbaycanda xidmətlər indeksi azalıb
# 27 avqust 2012 14:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2012-ci ilin iyul ayı üzrə 109,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyun ayı ilə müqayisədə 3,1 faiz bəndi azalıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi ilə hesablanır. Göründüyü kimi, indeks azalsa da, 100%-dən yuxarı səviyyədədir. İndeksin 100%-dən artıq olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir.

Belə ki, iyul ayında əhaliyə 485,9 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, iyun ayında bu həcm 443,4 mln. manata enib. Müqayisə üçün bildirək ki, may ayında bu göstərici 393,3 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR