Bank Of Baku

«Unibank» müasir tipli «cash-in» cihazlarının quraşdırılmasına başlayıb

«Unibank» müasir tipli «cash-in» cihazlarının quraşdırılmasına başlayıb
# 28 avqust 2012 09:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC nağd vəsaitlərin depozit və kart hesablarına qəbul edən və kreditləri ödəmək imkanı verən müasir tipli «cash-in» cihazlarının quraşdırılmasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «cash-in» aparatları bankın filiallarında işə salınır, yaxın gələcəkdə isə bu cihazlar Bakının biznes-mərkəzlərində və «Unibank»ın tərəfdaşları olan ticarət şəbəkələrində quraşdırılacaq.

Qeyd edək ki, «cash-in» aparatlarından istifadə edərkən Bankın kassalarına müraciət etmək zərurəti yaranmayacaq, vəsaitlər isə hesablara gün ərzində real vaxt rejimində yatırılacaq. Bundan başqa, «cash-in» cihazlarında digər əməliyyatlar, o cümlədən kommunal xidmətlər və mobil telefonlar üzrə ödənişlər də aparıla bilər.

«Cash-in» cihazlarına yalnız milli valyutada olan pul əsginasları daxil olunur. Buna baxmayaraq, xarici valyutalarda açılan hesablara da ödənişlər qəbul edilir – manat vəsaitləri bu zaman bankın əməliyyat gününə açıqladığı məzənnəyə uyğun xarici valyutalara konvertasiya edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR