Bank Of Baku

«Joint Leasing» şirkəti lizinq portfelini 14% artırıb

«Joint Leasing» şirkəti lizinq portfelini 14% artırıb
# 28 avqust 2012 09:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Joint Leasing» lizinq şirkətinin lizinq portfeli 20120-ci il avqustun 1-nə 35 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 13,6% çoxdur. Şirkətin baş direktoru Elçin Əhmədovun «APA-Economics»ə verdiyi məlumata görə, «Joint Leasing» biznesin effektivliyinin artırılması istiqamətində planlı fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir.

«Maliyyə sektorunun vacib bir hissəsi kimi, Azərbaycanın lizinq şirkətləri də hazırda mürəkkəb dövrdə fəaliyyət göstərir. Yalnız düzgün strategiya qurmuş, risklərin qarşısını almaq üçün müvafiq preventiv tədbirlər görmüş, portfelin diversifikasiyasını təmin etmiş lizinq şirkətləri hazırda uğurla fəaliyyətini davam etdirir», - deyə E.Əhmədov bildirib. Baş direktorun fikrincə, «Joint Leasing»in əldə etdiyi sabit maliyyə göstəriciləri göstərir ki, şirkət biznes üçün əhəmiyyət kəsb edən əsas istiqamətlərdə dayanıqlı inkişaf edir.

«Joint Leasing» risklərin və likvidliyin idarə olunmasına xüsusi önəm verməklə yanaşı, müştərilərin tələblərini nəzərə alır və onlara yüksək keyfiyyətli müasir lizinq məhsulları təklif edir. Hazırda «Joint Leasing» şirkəti ağır texnika, tikinti və istehsal avadanlıqları, yük maşınları və avtomobil, tibbi avadanlıq, biznes üçün əmlak üzrə lizinq məhsulları təklif edir. Şirkətin səhmdarı olan ölkənin və regionun ən böyük bankı Azərbaycan Beynəlxalq Bankının (ABB) dəstəyi ilə zəngin maliyyə resursları sayəsində «Joint Leasing» həm kiçik və orta, həm də daha ciddi maliyyə dəstəyi tələb edən iri biznes layihələrini maliyyələşdirməyə hazırdır», - deyə E.Əhmədov vurğulayıb.

Bu ilin sonuna kimi şirkət, səhmdarları «DH Leasing Ltd.» və ABB-nın dəstəyi ilə göstəricilərini daha da yaxşılaşdırmaq niyyətindədir. Şirkət cari ildə ixracın maliyyələşdirilməsi sxemindən daha geniş istifadəni nəzərdə tutur. «Joint Leasing» həmçinin maliyyə resurslarının diversifikasiyası məqsədi ilə digər maliyyə mənbələrindən vəsaitlər cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, «Joint Leasing» 2007-ci il iyunun 14-dən «Azərilizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. «Joint Leasing» şirkətinin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» isə 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR