Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO
29 avqust 2012 06:51 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb: «Əməkdaşlığın əsas istiqamətlərindən olan iqtisadi-ticarət əlaqələri genişlənib, iki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə əvvəlki ilə müqayisədə 72,5%, bu ilin yanvar-iyul ayları ərzində isə 25% artıb».
Ş.Mustafayev digər sahələrdə də əlaqələrin inkişaf etdiyini qeyd edib, mövcud potensialdan istifadə etməklə iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək üçün real imkanların olduğunu diqqətə çatdırıb.
Öz növbəsində səfir Li Ci Ha Koreyada Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu, Koreya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşün sonunda «Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında Saziş» imzalanıb. Sənədi Ş.Mustafayev və səfir Li Ci Ha imzalayıblar.
Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı və balıqçılıq, enerji və dağ-mədən sənayesi, informasiya və kommunikasiya texnologiyaları, elm və texnologiya, turizm, nəqliyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında hökumətlərarası komissiyanın yaradılması və s. məsələlər nəzərdə tutulur.

Maliyyə
Maliyyə Nazirliyi: Dövlət Neft Fondunun gəlirləri 2 milyard manat artacaq
00:07
25 may 2024
Gömrük xətti ilə büdcə daxilolmaları proqnozu 500 milyon manat artırılıb
23:47
24 may 2024
DVX xətti ilə büdcə daxilolmaları proqnozu 1.4 milyard manat artırılıb
23:40
24 may 2024
Nəqliyyat Vasitələrinin Utilizasiyası Fonduna daxil olması proqnozlaşdırılan vəsaitin həcmi məlum olub
23:37
24 may 2024