Bank Of Baku

Gələn ay «Atrabank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Gələn ay «Atrabank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 29 avqust 2012 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Sentyabr ayının 28-də «Atrabank» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycan Mərkəzi Bankının bankların məcmu kapitalının minimal həddinin artırılması ilə bağlı qərarı və s. cari məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları 2014-cü il yanvarın 1-dək məcmu kapitalını ən azı 50 mln. manata çatdırmalıdır. Bu tələbnamə həmçinin yeni yaradılan bankların nizamnamə kapitalına aiddir.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Cari ilin iyulun 1-nə bankın aktivləri 62,751 mln. manat, kredit portfeli 47,070 mln. manat, depozit portfeli 21,532 mln. manat, məcmu kapitalı 11,627 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat olub. Bankın ölkə üzrə 13 filialı, 13 bankomatı və 79 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR