Bank Of Baku

«Bolkart» sahibləri «Mybrand’s» şəbəkəsində alış-veriş edə biləcək

«Bolkart» sahibləri «Mybrand’s» şəbəkəsində alış-veriş edə biləcək
# 29 avqust 2012 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin «Bolkart» sahibləri geyim mağazaları şəbəkəsi olan «Mybrand’s»də alış-veriş edə biləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, indi hər bir «Bolkart» sahibi «Mybrand’s»ə aid üç mağazadan birinə baş çəkib öz «Bolkart»ını təqdim etməklə «Mybrand’s» hissə-hissə kartını əldə edə bilər.
Hissə-hissə kredit kartını əldə etmək üçün «Metropark» ticarət mərkəzindəki «Adidas», Park Bulvardakı «Avtoşok» və Fəvvarələr meydanında yerləşən «Sisley-Benetton» mağazalarına yaxınlaşmaq lazımdır. Hissə-hissə kredit kartı ilə «Mybrand’s» mağazalar şəbəkəsində (http://mybrands.az/az/shops/) alış-veriş edib, dəyərini aylar ərzində ödəmək mümkündür. Təqdim edilən «Mybrand’s» hissə-hissə kartı onun sahibinə 6 aylıq kredit imkanı verir.

Qeyd edək ki, «Bolkart» pulsuz, limiti bərpa olunan bir kredit kartıdır. Bu gün «Bolkart»la ölkənin 300-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan tanınmış geyim, kompyuter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. «Bolkart»ı həmçinin nağdlaşdırmaq da olar. Minlərlə vətəndaş bayram və xüsusi günlərdə nağd pula olan tələbatını məhz «Bolkart»la təmin edir. Bu gün 25 mindən artıq vətəndaş «Bolkart»dan faydalanır.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR