Bank Of Baku

Böyük Britaniyada varlılar üçün vergilər müvəqqəti artırıla bilər

Böyük Britaniyada varlılar üçün vergilər müvəqqəti artırıla bilər
# 30 avqust 2012 07:46 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın baş nazirinin müavini Nik Kleqq ölkənin zəngin vətəndaşlarını müvəqqəti olaraq daha çox vergi ödəməyə çağırıb.

APA-Economics”in xəbərinə görə, hökumət rəsmisi bildirib ki, “The Guardian”a müsahibəsində bildirib ki, varlılar yalnız bu yolla “iqtisadi müharibə aparan” birləşmiş krallığa kömək edə bilərlər.

Onun sözlərinə görə, əgər Böyük Britaniya çiçəklənmək istəyirsə, varlıların ölkə iqtisadiyyatına töhfəsi artırılmalıdır.

Böyük Britaniyanın maliyyə naziri Corc Osborn isə bu ideyaya qarşı çıxaraq bəyan edib ki, zəngin vətəndaşların vergilərinin artırılması iqtisadi artımı zəiflədə bilər. Bunun əvəzinə o, bahalı daşınmaz əmlak sövdələşmələrinə vergiləri artırmağı təklif edib.

Maraqlıdır ki, baş nazirin müavini Nik Kleqq ötən il zəngin britaniyalılar üçün gəlir vergisinin azaldılmasına səs verib.

Qeyd edək ki, Böyük Britaniya iqtisadiyyatı 1970-ci illərdən bəri ilk dəfə olaraq ardıcıl iki rübdür azalır. Ölkənin ÜDM-i bu ilin I rübündə 0,3%, II rübündə 0,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR