Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
# 03 sentyabr 2012 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının iştirakı ilə Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş «2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramının Tədbirlər Planının icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə kollegiya iclası keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda Komitənin sədri Rüfət Aslanlı Dövlət Proqramının önəminə toxunaraq Proqramın qiymətli kağızlar bazarının keyfiyyətcə yeni səviyyəyə qaldırılması və effektiv kapital bazarının formalaşacağına hədəflədiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra «2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramının 2011-2012-ci illər üzrə icra statusuna dair təqdimat olunub.

İclasın davamında Dövlət Proqramında gələcəkdə nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri barəsində geniş müzakirələr aparılıb.

Sonda QKDK sədri tərəfindən Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin səmərəli icrasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR