Bank Of Baku

«Parabank»ın potensial əmanətçiləri +2% bonus əldə edəcək

«Parabank»ın potensial əmanətçiləri +2% bonus əldə edəcək
# 03 sentyabr 2012 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-AEconomics. Azərbaycanın «Parabank» ASC-də əmanət yerləşdirən potensial müştərilər +2% bonus əldə edəcəklər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin avqust ayından başlayaraq 2012-ci il dekabr ayının 31-dək 6 ay və ondan yuxarı müddətdə 500 manatdan 20 min manatadək əmanət yerləşdirən müştərilərə əmanətin +2%-i məbləğində bonus veriləcək.

Bankdan bildirilib ki, əmanətin yerləşdirilməsi ilə bağlı əlavə məlumat almaq istəyənlər 139 məlumat mərkəzinə müraciət edə bilərlər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR