2020-ci ildə Azərbaycanda kapitalın repatriasiyasının (ölkədən çıxarılan kapital) həcmi 4 472,2 mln. ABŞ dolları təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən il ilə müqayisədə 38,8% artıb.
Qeyd edək ki, 2020-ci ildə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (55,5 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (4 527,7 mln. dollar) kapitalın repatriasiyası arasındakı fərqdən formalaşıb.