AMB: Bu il profisitli tədiyə balansı gözlənilir

AMB: Bu il profisitli tədiyə balansı gözlənilir
# 30 aprel 2021 14:00 (UTC +04:00)

2021-ci ilin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin tədiyə balansının profisitli olacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, iqtisadiyyatda müşahidə olunan müsbət trendlər belə bir proqnoza zəmin yaradır.

Qeyd edək ki, bundan əvvəl AMB öz təhlilində bildirmişdi ki, dünya bazarında neftin qiymətinin artım meylinin davam etməsi tədiyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir.

Xatırladaq ki, AMB-nin son məlumatına görə, 2020-ci ilin yekunlarına əsasən Azərbaycanın tədiyə balansının ümumi kəsiri 1 987,7 mln. ABŞ dolları təşkil edib. Cari əməliyyatlar hesabının kəsiri isə 227,6 mln. dollar və ya ÜDM-in 0,5%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR