Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik edilərək quruma daha iki baş direktor təyinatı həyata keçirilib.
"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, yeni təyin olunan baş direktorlar – Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyevdir.
Beləliklə, AMB-də baş direktorların sayı 6-ya çatdırılıb. Digər baş direktorlar - Akşin Vəzir oğlu Vəliyev, Rəşad Temraz oğlu Orucov, Ziya Zəfər oğlu Əliyev və Vüqar Ramin oğlu Əhmədov fəaliyyətlərini davam etdirirlər.