Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Afrika ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 24,045 mln. ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan Afrikanın 54 ölkəsindən cəmi 28 ölkəsi ilə ticarət əməliyyatları aparıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,1 dəfə azalıb.
Hesabat dövründə Azərbaycanın Afrika qitəsinə ixracı 20,507 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə azdır. Azərbaycanın sözügedən qitədən idxalı isə 3,538 mln. dollar təşkil edib. Bu, illik müqayisədə 1,8% azdır.
Beləliklə, hesabat dövründə Azərbaycanın Afrika ölkələri ilə apardığı ticarət əməliyyatları nəticəsində 16,968 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 6,8 dəfə azdır.
Azərbaycanın Afrikada ən aktiv ticarət tərəfdaşları:
Ölkə |
Dövriyyə, mln. $ |
İllik müqayisə |
Saldo, mln. $ |
İllik müqayisə |
Liviya* |
13,533 |
- |
13,533 |
- |
Tunis |
7,196 |
-94% |
6,402 |
-94,6% |
Misir |
1,480 |
76,2% |
-1,406 |
68,5% |
Cənubi Afrika |
0,521 |
55,2% |
-0,521 |
69,7% |
Mərakeş |
0,473 |
-47,6% |
-0,473 |
-3,3% |
*Liviya ilə 2020-ci ilin yanvar-fevral aylarında ticarət əməliyyatları aparılmayıb