Bu ilin yanvar-fevral aylarında Azərbaycanın bank sistemi üzrə kredit qoyuluşları 0,6% artıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizi parametrlərinə aid dərc etdiyi məlumatında deyilir.
Bildirilir ki, biznes kreditləri 0,6%, ipoteka kreditləri 3,2% artıb, istehlak kreditləri isə 0,7% azalıb.
"Kredit qoyuluşlarında artımın iqtisadi aktivliyə paralel şəkildə davam edəcəyi gözlənilir. Hökumətin güzəştli kreditləşmə proqramlarının və makroprudensial yumşalmaların da qalması bu artıma əlavə dəstək verəcək", - məlumatda bildirilir.