Bu ilin yanvarın 1-nə Azərbaycanda manatla pul bazası 13 564,2 mln. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin ərzində ölkədə manatla pul bazası 1 411,7 mln. manat və ya 11,6% artıb.
Təkcə dekabr ayında isə manatla pul bazası 1 760,6 mln. manat və ya 14,9% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.