Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 1,8263 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 25,7% azdır.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, yanvar-fevralda Aİ-yə ixrac 1,493 mlrd. dollar, idxal isə 333,206 mln. dollara bərabər olub. Bu ötən ilin yanvar-fevral ayları ilə müqayisədə, müvafiq olaraq 28,6% və 4,6% azdır.
Beləliklə, cari ilin ilk iki ayında 1,160 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2020-ci ilin analoji ayları ilə müqayisədə 33,4% azalıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Aİ ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 9,332 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 27,8% azdır. Ötən il 4,269 mlrd. dollarlıq müsbət ticarət saldo olub ki, bu da illik müqayisədə 47,1% azdır.