Bank Of Baku

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu cüzi azalıb

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu cüzi azalıb
# 14 yanvar 2020 10:57 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı  ticarət dövriyyəsinin həcmi 12 929,9 mln. ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 22,3 mln. dollar və ya 0,2% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən il 2018-ci il ilə müqayisədə ixracın həcmi 79,8 mln. dollar və ya 0,75% azalaraq 10 499,24 mln. dollara, idxalın həcmi isə 102,04 mln. dollar və ya 4,4% artaraq 2 430,72 mln. dollara bərabər olub.

Hesabat dövründə 8 068,52 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici 2018-ci il ilə müqayisədə 181,82 mln. dollar və ya 2,2% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR