Azərbaycanın əmək bazarında sosial sığorta haqları üzrə daxilolmalar 9,6% artıb

Azərbaycanın əmək bazarında sosial sığorta haqları üzrə daxilolmalar 9,6% artıb
# 28 aprel 2021 11:15 (UTC +04:00)

Azərbaycanın əmək bazarında sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% artaraq 895,3 mln. manat təşkil edib, proqnoz 113,6% icra edilib.

Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,8% artıb, proqnoz 115,9% icra edilib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,8% artaraq 30,3 mln. manat təşkil edib, proqnoz 112,1% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 15,7% artıb, proqnoz 110,9% icra edilib.

2021-ci ildən başlayaraq icbari tibbi sığorta haqlarının tətbiqinə başlanıb. 2021-ci ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 112,3 mln. manat olub, büdcəyə nəzərdə tutulandan 25,5 mln. manat artıq vəsait daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR