Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 1 781,1 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% çoxdur.
Qeyd edək ki, hesabat dövründə ölkə üzrə cəmi ixracda qeyri-neft sektorunun xüsusi çəkisi ötən ilin eyni dövrünə nisbətən 1,2 faiz bəndi artaraq 9,7% təşkil edib.