Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104001778 ISIN-li, 10 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 92,6302 AZN (8,0000%) və 96,1741 AZN (4,0000%) olan 20 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 95,7165 AZN (4,4998%), orta ölçülmüş qiyməti isə 95,7857 AZN (4,4239%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 789 700 manat yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 2021-ci ilin yanvarın 19-dur.
Hərrac iştirakçıları 22 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.