2019-cu ildə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci illə müqayisədə 2,8% artaraq 52,7 mln. manata bərabər olub.
"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 81%-i mobil rabitənin payına düşüb. Mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ildə 2018-ci ilin göstəricisini 2,1% üstələyərək 47,7 mln. manat təşkil edib.