Nominal dəyəri 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi isə 5% olan SOCAR istiqrazlarının cari il üzrə ikinci faiz ödənişləri həyata keçirilib.
"APA-Economics"in məlumatına görə, bu barədə Milli Depozit Mərkəzinin (MDM) açıqlamasında deyilir.
Qeyd olunub ki, ödənişlərin ümumi məbləği 1,250 mln. dollar təşkil edib.
Xatırladaq ki, 2016-cı ildə SOCAR tərəfindən buraxılan istiqrazların ödənişləri üzrə ödəniş agenti qismində MDM çıxış edir.