"RIA Reytinq" Agentliyinin ekspertləri ailələrin ərzaq məhsullarının xərcləri nisbətinə görə Avropa ölkələrinin reytinqini dərc edib.
"APA-Economics"in sözügedən agentliyə istinadən verdiyi məlumata görə, hesablamalar milli statistika xidmətlərinin məlumatları əsasında aparılıb. Reytinq tərtib edilərkən ev təsərrüfatlarının büdcələri təhlil edilib. Qida, o cümlədən alkoqolsuz sərinləşdirici içkilər üzrə xərclər 2018-ci ilin nəticələrinə görə orta statistik ailə üçün göstərilib. Ümumiyyətlə, siyahıda 40 ölkə yer alıb.
Hesablamaların nəticəsi olaraq, ən az qidaya ən az xərcləyən (ümumi gəlirlərin 8,4%-i) Lüksemburq, ən çox xərcləyən (ümumi gəlirlərin 50%-i) isə Ukrayna vətəndaşlarıdır.
Ərzaq məhsullarına ən çox xərcləyən Avropa ölkələrinin reytinqi:
|
# |
Ölkə |
Qida xərclərinin payı, % |
|
1 |
Ukrayna |
50,0 |
|
2 |
Qazaxıstan |
47,6 |
|
3 |
Moldova |
43,8 |
|
4 |
Şimali Makedoniya |
37,8 |
|
5 |
Bolqarıstan |
36,5 |
|
6 |
Belarus |
36,3 |
|
7 |
Serbiya |
34,3 |
|
8 |
Rumıniya |
33,3 |
|
9 |
Litva |
31,5 |
|
10 |
Rusiya |
30,2 |