Bank Of Baku

ABB-nin xalis mənfəəti 251 milyon manata çatıb

ABB-nin xalis mənfəəti 251 milyon manata çatıb
# 12 oktyabr 2023 14:10 (UTC +04:00)

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2023-cü ilin III rübü üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, 2023-cü ilin III rübündə ABB-nin xalis mənfəəti 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% və ya 40,9 milyon manat artaraq 250 milyon 865,6 min manat təşkil edib.

2023-cü ilin yanvar-sentyabr aylarında bankın xalis faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 39,6% artaraq 479 milyon 634 min manata, qeyri-faiz gəlirləri isə 23,5% artaraq 164 milyon 501 min manata yüksəlib.

Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi (xalis) 27,6% artaraq 4 milyard 129,8 milyon manat təşkil edib. Bu dövrdə bankın istehlak kreditləri 1 milyard 277,6 milyon manat(illik müqayisədə 31,3% çox), biznes kreditləri 2 milyard 87,4 milyon manat (illik müqayisədə 27,4% çox), daşınmaz əmlak kreditlərinin həcmi isə 1 milyard 124 milyon manat (illik müqayisədə 22,2% çox) təşkil edib.

2023-cü ilin ilk 9 ayında bankın ümumi depozit portfeli isə 22,2% və ya 2,4 milyard manat azalaraq 8 milyard 262,1 milyon manata enib.

Bu il oktyabrın 1-nə ABB-nin cəmi aktivləri ilin əvvəlinə nisbətən 18,5% və 2,6 milyard manat azalaraq 11 milyard 434,7 milyon manata bərabər olub. Öhdəliklərinin həcmi isə 21,6% azalaraq 9 milyard 724,1 milyon manat təşkil edib. Bankın cəmi kapitalı isə ilin əvvəlinə nisbətən 4,8% artaraq 1 milyard 710,7 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR