Bank Of Baku

ABB: Rublla əməliyyatlarda məhdudiyyət yoxdur

ABB: Rublla əməliyyatlarda məhdudiyyət yoxdur
# 28 fevral 2022 11:54 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankında (ABB) Rusiya rublu ilə əməliyyatlarda məhdudiyyət yoxdur.

"APA-Economics"ə ABB-dən verilən məlumata görə, rublla əməliyyatlar üzrə məhdudiyyət yoxdur. Müştərilər elan olunmuş məzənnə ilə əməliyyat apara bilərlər.

Qeyd edək ki, Ukrayna böhranı və Rusiyaya qarşı tətbiq edilən sanksilar fonunda rubl kəskin ucuzlaşaraq dünyanın ən volatil valyutasına çevrilib.

Xatırladaq ki, "APA-Economics"in apardığı hesablamalara görə, bu gün rublun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0157 manat (1 manat/63,69 rubl) təşkil edib. Bu, 2015-ci ilin dekabr ayının 18-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR