Hər zaman müştəriyönümlü məhsul və kampaniyaları ilə seçilən AccessBank "Qızıl Şans" adlı stimullaşdırıcı lombard lotereyasını davam etdirir. Müştərilərə dəyərli hədiyyələr qazanmaq imkanı təqdim edən bu kampaniya 17 aprel 2025-ci ildən etibarən start götürüb və bu günə qədər artıq 2 000-ə yaxın yeni və mövcud müştəri lotereyaya qoşulub.
Tirajlarda yalnız 17 aprel – 15 avqust 2025-ci il tarixləri arasında (I tiraj) və 16 avqust – 19 dekabr 2025-ci il tarixləri arasında (II tiraj) lombard krediti rəsmiləşdirən müştərilər iştirak edə bilərlər. Hər 1 000 AZN məbləğində lombard krediti müqabilində 1 iştirak haqqı qazanılır. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən ediləcək və onlara saf qızıl külçələr təqdim olunacaq.
Mükafatlar aşağıdakı kimidir:
- I yer: 50 qram 999.99 əyyarlı qızıl (1 qalib)
- II yer: 30 qram qızıl (2 qalib)
- III yer: 20 qram qızıl (3 qalib)
- IV yer: 10 qram qızıl (6 qalib)
Tirajlar müvafiq olaraq 28 avqust və 26 dekabr 2025-ci il tarixlərində AccessBank-ın Baş ofisində keçiriləcək və bankın rəsmi Instagram, Facebook və LinkedIn hesablarında canlı yayımlanacaq.
Əsas şərtləri bir daha xatırladaq:
- Lotereyada yalnız 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilər.
- Kampaniya yalnız lombard kreditlərinə aiddir.
- Hər müştəri yalnız bir dəfə qalib ola bilər.
- Kredit öhdəlikləri tam bağlanmamış müştərilərə uduş təqdim olunmur.
- Qazanılan uduşların pul qarşılığı verilmir.
Qızıl külçə qazanmaq şansını qaçırmayın!
Lotereya ilə bağlı daha ətraflı məlumat “Qızıl Şans” kampaniyasının səhifəsində və AccessBank-ın sosial media platformalarında təqdim olunur.