Bank Of Baku

Agentlik: "Zeytun Aptek" dərman vasitəsini satış qiymətindən baha satıb

Agentlik: "Zeytun Aptek" dərman vasitəsini satış qiymətindən baha satıb
# 02 iyun 2025 10:37 (UTC +04:00)

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinə əsasən "Zeytun Pharmaceuticals" MMC-yə dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılması ilə bağlı protokolu tərtib edilib.

Bu barədə "APA-Economics"ə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, "Zeytun Pharmaceuticals" İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsini pozub.

Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR