Avropa İttifaqının (Aİ) xarici ticarət kəsiri cari ilin yanvar ayında 36 mlrd. avro təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Eurostat) məlumat yayıb.
Bildirilir ki, bu ilin yanvarında Aİ-nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 178,2 mlrd. avroya, idxalı isə 52,4% artaraq 214,2 mlrd. avroya çatıb. Beləliklə, Aİ-nin mənfi ticarət saldosu yanvar ayında 36 mlrd. avroya çatıb.
Avrozonada yanvar ayında ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18,9% artaraq 199,5 mlrd. avroya, idxal isə 44,3% artaraq 226,7 mlrd. avroya çatıb. Yanvarda Avrozonanın ticarət kəsiri 27,2 mlrd. avro təşkil edib.
Bu dövrdə Aİ ölkələrindən əsas idxalçılar ABŞ – 35,4 mlrd. avro, Böyük Britaniya – 23,3 mlrd. avro, Çin – 16,2 mlrd. avro, İsveçrə – 12,9 mlrd. avro, Rusiya – 7,1 mlrd. avro, Türkiyə – 6,4 mlrd. avro olub.
Əsas ixracatçılar Çin – 50 mlrd. avro, ABŞ – 21,8 mlrd. avro, Rusiya – 19 mlrd. avro, Böyük Britaniya – 13,8 mlrd. avro, Norveç – 10,4 mlrd. avro, İsveçrə – 10,3 mlrd. avro, Türkiyə – 8 mlrd. avro olub.