Bank Of Baku

Aİ Ukraynaya 500 milyon avro yardım ayırıb

Avropa Komissiyası

© APA | Avropa Komissiyası

# 14 dekabr 2022 16:59 (UTC +04:00)

Avropa Komissiyası Ukraynaya makromaliyyə yardımı çərçivəsində, 500 milyon avro məbləğində bu il üçün son maliyyə yardımı göndərib.

APA xəbər verir ki, bu barədə “Ukrnews” Avropa Komissiyasına istinadən bildirib.

Qeyd olunub ki, bu, 2022-ci il üçün 5 milyard avro həcmində planlaşdırılan yardımın üçüncü, son mərhələsidir və bu ödəniş Ukrayna XİN-in bu ilin iyun ayında Avropa Şurası tərəfindən təsdiqlənmiş tədbirlər paketinin bir hissəsidir.

“Ukrayna və Rusiya arasında müharibə başlayandan indiyə qədər, bugünkü yardım da daxil olmaqla, Ukraynaya ödənilən makromaliyyə yardımının ümumi məbləği 7.2 milyard avroya çatıb”, - deyə qeyd edilib.

Ukraynaya verilən vəsaitlər adi makromaliyyə yardımından daha uzun müddətə güzəştli şərtlərlə verilib və kreditlər üzrə faizlər Avropa İttifaqı büdcəsindən ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR