Bank Of Baku

AİB: Gələn il AMB-nin valyuta ehtiyatları 10 mlrd. dolları keçə bilər

AİB: Gələn il AMB-nin valyuta ehtiyatları 10 mlrd. dolları keçə bilər
# 20 dekabr 2022 12:31 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu ilin sonuna 9,2 mlrd. dollara çatacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib. Hesabata əsasən, AMB-nin valyuta ehtiyatları gələn il üçün 10,2 mlrd. dollar həcmində proqnozlaşdırılıb.

Qeyd edək ki, bu ilin noyabr ayının 30-na olan məlumata görə, AMB-nin rezervləri 7,969 mlrd. dollar təşkil edir. Mərkəzi Bankın valyuta ehtiyatları sonuncu dəfə 2015-ci ilin mart ayında 9 mlrd. dollardan çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR