Bank Of Baku

AİB-in illik toplantısı Şri-Lankada keçirələcək

Kolombo

© APA | Kolombo

# 24 fevral 2022 14:24 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) sayca 55-ci Direktorlar Şurasının İllik Toplantısı 5-8 sentyabr tarixlərində Şri-Lankanın paytaxtı Kolombo şəhərində keçiriləcək.

AİB-dən "APA-Economics"ə verilən məlumata görə, bu il AİB-in Rəhbərlər Şurasının İllik Toplantısı COVID-19 pandemiyasının tədbir iştirakçılarının səyahəti, sağlamlığı və təhlükəsizliyi üçün yaratdığı davamlı problemlər baxımından iki mərhələdə keçiriləcək.

Mayın 5-də baş tutacaq birinci onlayn mərhələdə Rəhbərlər Şurası AİB-in maliyyə hesabatlarına və xalis gəlirin bölüşdürülməsinə nəzərdən keçirəcək. İllik toplantının gündəliyində qalan bəndləri həll etmək üçün isə Kolombo şəhərində tam miqyaslı İllik Toplantı keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın sözügedən tədbirdə ölkənin maliyyə naziri Samir Şərifov təmsil edəcək.

Qeyd edək ki, AİB-in sonuncu 54-cü İllik Toplantısında Azərbaycanı AİB-in Rəhbərlər Şurasının üzvü maliyyə naziri Samir Şərifov təmsil edib. İclas ötən ili 3-5 may tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilməli idi. Lakin toplantı COVID-19 pandemiyası ilə əlaqədar video-konfrans formatında keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR