Bank Of Baku

Ali məktəblərə 70,6 milyon manat subsidiya ayrılacaq

Ali məktəblərə 70,6 milyon manat subsidiya ayrılacaq
# 03 noyabr 2022 11:12 (UTC +04:00)

Gələn il bir sıra ali təhsil müəssisələrinin xərclərinin müəyyən hissəsinin örtülməsi üçün 2023-cü ilin dövlət büdcəsindən onlara 70,6 milyon manat məbləğində maliyyə yardımı (subsidiya) nəzərdə tutulub.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Bu, cari illə müqayisədə 10,4 milyon manat və ya 17,2 faiz çoxdur.

Eyni zamanda, 2023-cü ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,2 milyon manat məbləğində müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR