Bank Of Baku

AMB: Bank kartını üçüncü şəxsə verənlər üçün hüquqi məsuliyyət nəzərdə tutulmalıdır

Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov

© APA | Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov

# 13 iyul 2026 12:35 (UTC +04:00)

Azərbaycanda bank kartı və digər ödəniş alətlərinin üçüncü şəxslərə verilməsinə görə hüquqi məsuliyyət müəyyən edən qanunvericiliyin qəbul edilməsi təklif olunur.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov bildirib.

Onun sözlərinə görə, fırıldaqçılıq hallarında bəzi şəxslər cüzi məbləğ müqabilində öz adlarına bank kartı açaraq başqalarına təhvil verir və bununla da bilərəkdən və ya bilmədən dələduzluq sxemlərinin iştirakçısına çevrilirlər.

E. Cuvarov qeyd edib ki, bu problemin qarşısının alınmasının ən effektiv yollarından biri qanunvericilik mexanizminin yaradılmasıdır. O xatırladıb ki, Rusiyada ödəniş vasitələrinin üçüncü şəxslərə verilməsinə görə, hətta azadlıqdan məhrumetməyədək cəza nəzərdə tutan qanunvericilik artıq qüvvədədir.

Onun fikrincə, Azərbaycanda da maliyyə alətlərinin üçüncü şəxslərə verilməsi ilə bağlı məsuliyyət müəyyən edən müvafiq qanunvericilik aktlarının qəbuluna ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR