Bank Of Baku

AMB: Depozit faizləri inflyasiya risklərini kompensasiya edəcək səviyyədədir

AMB: Depozit faizləri inflyasiya risklərini kompensasiya edəcək səviyyədədir
# 23 fevral 2022 17:10 (UTC +04:00)

Azərbaycandakı banklar depozit və əmanət faizlərinə dair qərarları müstəqil şəkildə qəbul edirlər.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Qeyd edilib ki, inflyasiya üzrə uzunmüddətli meylləri nəzərə almaqla depozit faizləri inflyasiya risklərini kompensasiya edəcək səviyyədədir. Bu səbəbdən manatla depozitlərin artım tempi xarici valyutada depozitlərin artım tempini əhəmiyyətli üstələyir.

Qeyd edək ki, "APA-Economics"in apardığı hesablamalara görə, yanvarın 31-nə əmanətlərinin dollarlaşma səviyyəsi 2013-cü ilin dekabr ayından bəri ən aşağı səviyyəyə enib və 39,3% təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında ölkədə illik inflyasiyanın səviyyəsi 12,5%, yeni cəlb olunmuş manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə 9,1% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR