Bank Of Baku

AMB: Kapital bazarları real sektora maliyyə-bank sektorundan daha az iştirak imkanı yaradıb

AMB: Kapital bazarları real sektora maliyyə-bank sektorundan daha az iştirak imkanı yaradıb
# 11 noyabr 2022 12:13 (UTC +04:00)

"Kapital bazarları maliyyə-bank sektorunda fəaliyyət göstərən şirkətlərə daha çox maliyyələşmə imkanları yaradır, digər real sektoru təmsil edən şirkətlərin iştirakı daha məhduddur".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital Bazarlarına Nəzarət Siyasəti və Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov deyib. O bildirib ki, real sektorda olan şirkətlərin iştirakı artarsa kapital bazarları daha səmərəli, effektiv fəaliyyət göstərə bilər.

S. İsmayılov bununla belə, bu ilin on ayında 25 emissiya prospektinin təsdiqləndiyini və rekord göstərici olduğunu deyib. Belə ki, pandemiyadan əvvəl, yəni 2019-cu ildə 3, 2020-ci ildə 11, 2021-ci ildə isə 20 emissiya prospekti təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR