Bank Of Baku

AMB-nin departament rəhbəri: Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək

AMB-nin departament rəhbəri: Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək
# 06 sentyabr 2023 10:41 (UTC +04:00)

Bu ilin avqust ayında "Ödəniş sistemləri və xidmətləri haqqında" Qanun layihəsi təsdiq olunub və noyabr ayında qüvvəyə minməsi gözlənilir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

O bildirib ki, növbəti 6 ay ərzində ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və operatorlarının qanuna uyğun şəkildə lisenziyadan keçməsi üçün vaxt verilir. Bu qanunun qəbul edilməsi ölkənin ödəniş bazarının müasirləşməsinə şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR